EN

Vətəndaşlara xarici nömrə ilə gələn zənglər araşdırılmır?– Azercell-dən RƏSMİ CAVAB/VİDEO

Son vaxtlarda xarici mobil nömrələr ilə vətəndaşlara dələduzların zəng edib onları aldatması halları çoxalıb. Daxili İşlər Nazirliyi bununla bağlı dəfələrlə maarifləndirmə işləri aparıb. Lakin dələduzların qurbanları hər keçən gün artır.

Azpost-a müraciət edən vətəndaşlardan biri bildirir ki, onun mobil nömrəsinə Gürcüstan və Türkiyə kodları ilə müxtəlif nömrələrdən zənglər daxil olub. O, bir dəfə zəngə cavab verib və qarşı tərəfə bu cür dələduzluqdan xəbərdar olduğunu bildirib.

Lakin zənglər davamlı olaraq gəlməyə başlayıb. Vətəndaş hər dəfə nömrələri bloklasa da yeni nömrələrdən zənglər daxil olub.

Bununla bağlı vətəndaş rəsmi olaraq Azercell şirkətinə müraciət edib və xahiş edib ki, onun nömrəsində xaricdən gələn zəngləri bloklasınlar.

Mobil operatordan bildirilib ki, bu mümkün deyil. Lakin müraciətlə bağlı araşdırma aparılacaq.

Vətəndaşa şirkətdən rəsmi olaraq cavab verilib. Bildirilib ki, araşdırma zamanı şirkətlə bağlı hər hansı problem olmayıb. Lakin bununla bağlı abunəçilərdən çoxsaylı şikayətlər daxil olub və məsələnin ciddiliyi nəzərə alınaraq beynəlxalq istiqamətlərdə zənglərin həyata keçirilməsini təşkilini təmin edən əlaqədar təşkilatlara dəfələrlə müraciətlər olunub. Müraciətlərdə vətəndaşların qarşılaşdığı halların aradan qaldırılması üçün tədbirlər görülməsi xahiş edilib.

Chosen
3
1
azpost.info

2Sources