EN

Paşinyanın silahdaşları onun qərarına gülür

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlər baş nazir Nikol Paşinyanı narahat edib. O, bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirələr təşkil edib və iqtisadiuyyat dəyə biləcək zərərin qarşısını lmaq üçün həll yolları tapılmasına çalışdığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.

Erməni nəşri mövzunu davam etdirərək qeyd edir:

“Paşinyan bəyan edib ki, geri addım atmaq və layihənin qəbulundan imtina etmək mümkün deyil. Lakin Aİ-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib.

Hakim “Vətəbdaş müqavilə” partiyasının bir çox deputatı qanun layihəsini “təhlükəli nəticələri olan macəra” hesab edir və onun qəbul edilməsinə qarşı çıxır.

Yeri gəlmişkən, layihənin mətni hakim partiyada zarafat mövzusuna çevrilib. Çoxları Avropaya tələsənlərin savadsızlıq və primitivlik səviyyəsindən şoka düşdüklərini deyirlər”.


Telegram kanalımız
Chosen
2
yenisabah.az

1Sources