Keçmiş mətbuat katibi Departament rəhbəri təyin edilib
Veysəloğlu” Şirkətlər Qrupunda (VŞQ) yeni təyinat reallaşıb.
Reyting.az xəbər verir ki, Sənubər Nəzərova Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Onun əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq.
Bu barədə “Veysəloğlu” Şirkətlər Qrupunun Mətbuat Xidmətinin rəhbəri Məhəmmədəli Qəribli bildirib.
Sənubər Nəzərova bu təyinatdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib.
Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə SOCAR AQS MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
30 ildən artıq müddətdətdir fəaliyyət göstərən “Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən iri işəgötürənlərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna logistika, distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.