EN

İran və Tacikistan 23 anlaşma memorandumu imzalayıb


İran və Tacikistanın hakimiyyət orqanları arasında siyasi, iqtisadi, mədəni, sosial, təhsil, nəqliyyat, gömrük, ticarət, baytarlıq və s. sahələrdə 23 anlaşma memorandumu imzalanıb.

APA-nın "Tasnim"ə istinadən xəbərinə görə, memorandum İran Prezidenti Məsud Pezeşkianın Tacikistana səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, Düşənbədə səfərdə olan Məsud Pezeşkian Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb, müzakirələr aparıb.

Chosen
11
1
apa.az

2Sources