EN

Bayden vida nitqində nədən danışıb?

Busaat.az xəbər verir ki, Bayden vida nitqində hakiiyyət dövründəki uğurlarına və bir sıra məsələlərə toxunub:

– “Əsas Qanun dəyişdirilməlidir ki, heç bir prezident vəzifədə olarkən törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmasın. Prezidentin səlahiyyətləri qeyri-məhdud deyil”.
Baydenin çıxışından:

– ABŞ-da Amerika demokratiyasını təhdid edən “həddindən artıq zənginlik, güc və təsir oliqarxiyası” yaranır.

– “Sosial şəbəkələr faktları yoxlamaqdan imtina edir. Həqiqət, güc və mənfəət naminə yalanlarla ört-basdır edilir. Biz uşaqları, ailələri və demokratiyanın özünü hakimiyyətdən sui-istifadədən qorumaq üçün sosial media şirkətlərini məsuliyyətə cəlb etməliyik”.

– İsrail və Fələstin arasında barışıq planı hazırlayan və razılaşan Bayden komandası idi. Bayden NATO-nu gücləndirdi və “Ukraynanı azad” saxlaya bildi.

– ABŞ rəqabətli mübarizədə Çini qabaqlamağı bacardı. Süni intellekt sahəsində lider Pekin deyil, Vaşinqtondur.

– Hakimiyyəti dövründə NATO-nu gücləndirdi və Ukraynanın azadlığını qorudu.

– Trampın hakimiyyətin sülh yolu ilə ötürülməsini təmin etdiyini bildirib və ona və komandasına uğurlar arzulayıb.

Chosen
4
busaat.az

1Sources