EN

Azərbaycan hökumətinin missiyası Maldivdə

Yanvarın 13-15-də xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Hökumət missiyası Maldiv Respublikasında səfərdə olub.

Səfər zamanı Elnur Məmmədov Maldivin vitse-prezidenti Uz Hussain Mohamed Latheef tərəfindən qəbul edilib. Həmçinin E.Məmmədovun iqtisadi inkişaf və ticarət naziri Mohamed Saeed ilə ikitərəfli görüşü keçirilib. Görüşlərdə Maldiv tərəfi Azərbaycan Hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər müzakirə edilib.  

Səfər çərçivəsində keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, energetika, logistika və nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. 

Səfər zamanı missiya üzvləri üçün Maldivin bir sıra sənaye zonalarına turlar təşkil edilib.

XQ

 

Chosen
2
1
xalqqazeti.az

2Sources