Olaylar.az xəbər verir ki, atəşkəsin əldə olunmasından sonra HƏMAS verdiyi bəyanatda Türkiyə və digər ölkələrin Qəzzaya dəstəklərini xüsusi vurğulayıb.
HƏMAS Siyasi Bürosunun sədr müavini Xəlil əl-Həyya açıqlamasında bu sözləri səsləndirib:
"Bu tarixi məqamda xalqımıza qürur və şərəf sözlərini çatdırırıq. Xalqımız soyqırım müharibəsində iştirak edən heç kəsi unutmayacaq. İsrailin nasistlərə bənzər cinayətləri tarixə müasir dövrün ən iyrənc soyqırımı kimi yazılacaq" .
HƏMAS Türkiyə, Cənubi Afrika, Əlcəzair, Rusiya, Çin, Malayziya və İndoneziyanın Qəzzadakı soyqırımı dayandırmaq üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, atəşkəsin yanvarın 19-dan başlayacağı elan edilib. Qətər və Misir kimi vasitəçi ölkələrin dəstəyi ilə razılaşdırılan şərtlərə əsasən:
Gündə 600 yük maşını humanitar yardım Qəzzaya göndəriləcək.
HƏMAS 6 həftə ərzində 33 israillini azad edəcək.
İsrail isə hər mülki girov üçün 30 fələstinli məhbusu, hər qadın girov üçün 50 fələstinlini sərbəst buraxacaq.
İsrail 7 oktyabr 2023-cü ildən sonra həbs edilmiş bütün 19 yaşdan kiçik fələstinliləri azad edəcək.