EN

SABİQ PREZİDENT TƏTİLÇİLƏRLƏ BİR ARADA- FOTO

Dünən paytaxt Tbilisi ilə yanaşı bir sıra şəhərlərdə vətəndaşlar etiraz əlaməti olaraq kütləvi tətil elan ediblər.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, vətəndaşların etiraz tətili aksiyalar zamanı saxlanılanların azadlığa buraxılması, təkrar və ədalətli parlament seçkilərinin keçirilməsi tələbi ilə keçirilib. Etirazlara təşkilatlar, bir sıra bankalar, səhiyyə sistemi əməkdaşları, mədəniyyət işçiləri, medialar, bir çox digər biznes sahəsi, həmçinin tələbələr və s qoşulublar. Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili də ümumi xəbərdarlıq tətilinə qoşulub. O, Kostava prospektində tətil edən vətəndaşların yanında yer alıb.

Qeyd edək ki, kütləvi tətil saat 15:00-da başlayıb və 18:00-dək davam edib. Tətil aksiyasının bu gün fərqli müəssisələrdə baş tutacağı bildirilir.

Hakim partiya rəsmiləri isə sabiq prezidentin tətilçilərlə birlikdə olmasını sərt qarşılayıblar.

A.Məmmədli

 

Chosen
2
tezadlar.az

1Sources