EN

ABŞ-Ermənistan sazişində "anti-türk" plan: "Erməniləşdirmək"  və "qədimləşdirmək

Xəbər verdiyimiz kimi, yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.
Adalet.az
xəbər verir ki, xartiyanın 4-cü bəndində belə plan nəzərdə tutulub: "Hər iki ölkənin gələcəyi üçün innovasiya və mobilliyə ehtiyac olduğunu vurğulayan Ermənistan və ABŞ ali təhsil, biznes və tədqiqat sahələrində əməkdaşlığın artırılmasını stimullaşdırmağı planlaşdırır.
Mədəni, təhsil, biznes və elmi fəaliyyətlə məşğul olan ixtisaslı şəxslərə girişi təmin etmək üçün, ABŞ qanunlarına və prosedurlarına uyğun olaraq, ABŞ viza müraciəti prosesini sadələşdirməyi planlaşdırır.
Ermənistan və ABŞ Ermənistanın akademik şəhərinin potensialını təhsil və tədqiqatda ortaq məqsədləri irəli sürən akademik əməkdaşlıq və innovasiya mərkəzi kimi qiymətləndirir.
Ermənistan və ABŞ Ermənistanda mədəni irsin qorunmasına yönəlmiş birgə təşəbbüsləri dəstəkləmək niyyətindədir”.

Təbii ki, bu bəndlə ABŞ Ermənistanın “qədim erməni abidələrinin təmiri” adı altında qədim türk və Alban tarixinə məxsus tikililəri erməniləşdirməkdə ermənilərə köməyi nəzərdə tutur.
ABŞ hökümətinin Qafqaza gəlmə hayların burada özlərinə qədim tarix yaratmasına köməkliyini, bu yöndə israrını hələ bir neçə ay əvvəl şahid olmuşduq.

Ermənistan ərazisində qədim və orta əsirləri əhatə edən qala, körpü, monastr, kilsə, türbə və bir sıra tikililərin böyük bir hissəsi “təmir” adı altında sonuncu türk izlərindən də təmizlənib. İyun ayında ABŞ höküməti işləri sürətləndirmək məqsədi ilə vəsaitindən də keçib. Beləki, 2024-cü ilin əvvəlindən IV-V əsrlərə aid Yerəruyk bazilika məbədinin tikintisi davam edir. Həmin vaxt erməni mediayası yazdı ki, ABŞ-ın Ermənistandakı səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu məbədin bəzi hissələrində bərpa işlərinə, digər hissələrində isə gücləndirmə işlərinə 175 min dollar ayırıb.
Əvvəlcə kilsənin texniki vəziyyəti öyrənilib və bir qrup memar unikal bazilikanın daha da xarab olmasının və dağılmasının qarşısını almaq üçün həll yolları tapıb. İşlər oktyabrın 20-dək başa çatdırılması nəzərdə tutulsa da başa çatdığı ilə bağlı məlumatlar hələ ki, yayılmayıb.

Xatırladaq ki, Yerəruyk məbədi – Qərbi Azərbaycanda (indiki Ermənistan respublikasıərazisində), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçayın sol sahilində qədim türk məbədidir.

Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılıb. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV – V yüzillərdə tikilməsi qənaətindədirlər.
Bildirilir ki, məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastırının yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olub Şörəyel - Şirək – el adı da bu yerlərin qədim sakinləri olan şirak türk tayfasının adı ilə bağlıdır.

Məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.

Abidə 25 avqust 1995-ci ildə Ermənistandakı xristian abidəsi kimi UNESCO-nun Ümumdünya İrsinin Sınaq Siyahısına salınıb.
Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin 1994-cü ildə işıq üzü görmüş "Qədim Türk-Oğuz yurdu - "Ermənistan" adlı kitabda Yerəruyk haqqında məlumat var.

 Qeyd edək ki, 19 may 2012 ABŞ Konqresi 1998-ci ildə qəbul etdiyi qərara əsasən 1999-cu ildən etibarən Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə yardımı ayıran yeganə dövlətdir.  ABŞ-ın bu lazımsız dəstəyi sayəsində Azərbaycan hər zaman əziyyət çəkib .
Birinci Qarabağ Müharibəsindən (1988-1994) əvvəl Azərbaycanın Qarabağ bölgəsində 706 tarixi və mədəniyyət abidələri mövcud olub. Onlardan 11-i beynəlxalq (6-sı memarlıq, 5-i arxeoloji), 240-ı dövlət (119-u memarlıq, 121-i arxeoloji), 455-i yerli (393-ü memarlıq, 22-si arxeoloji, 23-ü parklar və xatirə abidələri, 17-si dekorativ sənət işləri) əhəmiyyət daşıyıb.

 Əntiqə Rəşid

 

Chosen
1
adalet.az

1Sources