EN

Trampın qızı və əri Ağ Evə köçməkdən imtina edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka və əri Cared Kuşner Ağ Evdə rəsmi vəzifə tutmayacaqlar və Mayamidə qalacaqlar.

Poliqon xəbər verir ki, bu barədə SCMP portalı yazıb.

"Onlar rəsmi vəzifə tutmayacaqlarını, əksinə Vaşinqtondan təxminən 1000 mil aralıda, Mayamidəki evlərində yerləşəcəklərini söylədilər", deyə nəşr qeyd edib.

Trampın birinci dövründə onun qızı prezidentin müşaviri, Kuşner isə prezidentin baş müşaviri olub.

"İvanka Tramp və onun əri Cared Kuşner ilk səlahiyyət müddətində prezidentlə demək olar ki, qeyri-məhdud çıxış imkanından istifadə edib və Yaxın Şərq sülh danışıqları və COVID-19 vaksininin inkişafı da daxil olmaqla, geniş spektrli məsələlərə təsir göstəriblər", deyə nəşr əlavə edib.

Ötən il ABŞ-da prezident seçkiləri keçirilib. Hazırkı prezident Co Bayden dövlət başçısı postuna iddialı idi, lakin iyul ayında o, seçki yarışından geri çəkildiyini elan edib. Sonda bu post uğrunda Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Noyabrın 5-də keçirilən səsvermədə Tramp 312, Harris isə 226 səs toplayıb.

Baydenin prezidentlik müddəti yanvarın 20-də, yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminin keçiriləcəyi gün başa çatır.

Poliqon.info

Chosen
1
poliqon.info

1Sources