Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb.
Valyuta.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 86% artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Mobil internetin sürətinə görə isə Azərbaycan dekabrda ötən aya nisbətən 1 pillə irəliləyərək 56.78 MB/S sürətlə 110 ölkə arasında 55-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri, sonuncu yeri isə Əfqanıstan tutub.