EN

Vurğulanmış yaxalar 2025-ci ilin əsas hitidir

Bəzən bir kiçik detal bütün görünüşü dəyişə bilir. Bu qırmızı çanta, ayaqqqabı, hər hansı təsirli bəzək əşyaları və ya yaxalıq ola bilər. Sonuncular dizaynerlərin yeni mövsüm üçün hazırladığı ən yeni məhsuldur. Podyumlarda biz qeyri-adi yaxası olan bir çox şeyi gördük - onlar parlaq rəngli, qeyri-adi formalı və ya sadəcə təzadlı material ola bilər. Əsas odur ki, fərqləndilər. Üstəlik, yaxalıq mütləq deyil ki, paltarın özündə olsun. Onu ayrılıqda alıb özünüz əlavə edə bilərsiniz.

OLAY bu tendensiya haqda daha ətraflı məlumatı təqdim edir:

Dizaynerlər bizə geniş geyim seçimi təklif edirlər: artıq tanış olan kəskin yaxalıqlı köynəklərdən tutmuş xəz detallı gödəkçələrə qədər. Ancaq ən populyarları hələ də jabotları (red. köynəyin ön hissəsini bəzəyən dekorativ aksessesuar) xatırladan romantik yaxalı paltarlar və bluzlardır. Lüks bredlərin şoularında illüstrativ nümunələr gözə dəydi. Burjua stilinin modaya qayıtması səbəbindən bunlar 2025-ci ildə son dərəcə aktual olacaq, odur ki, yaxalıqlara diqqət yetirməyi unutmayın. Parlaq yaxalıqlı geyimlər də trenddə olacaq. Məsələn, çəhrayı yaxalı bej rəngli trençkot və ya hələ də dəbdə olan bəbir yaxalıqlı bomber gödəkçə. Siz ziddiyyətli materiallardan hazırlanmış modellərə gözucu baxmamalısınız: dəri, xəz, krujeva, məxmər, ipək, cins parçalar əsas geyimin fonunda effektiv şəkildə fərqlənəcək. Yaxalıq həm geyimin bir hissəsi, ya da öz istəyinizə uyğun olaraq taxıb çıxara biləcəyiniz ayrıca əşya ola bilər. Məsələn, influenserlər zərif palto ilə xəz aksessuarı taxırlar - bu, qeyri-adi təzadlı kombin yaradır.

Stylingə gəlincə, bəzi moda şoularında göründüyü kimi, pencəyin altından qeyri-adi yaxası olan köynək geyə bilərsiniz. Beləliklə, lookunuz dərhal yeni stilistik səviyyəyə çatacaq. Bununla belə, boynu vurğulayan zərgərlik əşyalarından qaçmağı məsləhət görürük. Bu vəziyyətdə, özünüzü maksimum iri sırğalarla məhdudlaşdırmağı məsləhət görürük. Əks təqdirdə, paltarın həddindən artıq yüklənməsi riski meydana gəlir. Köhnə dəri gödəkçənizə yeni nəfəs vermək üçün xəz boyunluq da əlavə etməyə cəhd edə bilərsiniz. Sonda isə görünüşünü eyni tonda “tüklü” çanta və üst geyimə uyğun “kobud” çəkmələrlə tamamlamaq qalır. Yeri gəlmişkən, yaxanızı özünüz də bəzəməyə cəhd edə bilərsiniz. İndividuallığı və seçilməyi sevənlər üçün əla variantdır. Aşağıdakı qalereyada maraqlı yaxa modellərinə daha yaxından nəzər salın.

Chosen
5
olay.az

1Sources