EN

Prezident İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcışirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçıdirektoru və prezidenti Cenni Consonu qəbul edib.

Trend xəbərverir ki, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları vəbeynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni ConsonAzərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını vəbeynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirdi.Qonaq bu çərçivədə “Franklin Templeton” şirkətinin AzərbaycanRespublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasındauzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımlarınatıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha dadərinləşdirilməsi imkanlarının araşdırıldığını dedi. 2024-cü ilinnoyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət NeftFondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da həminməsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson buişbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğunolaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli,səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadəetdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət NeftFondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıqtəcrübəsinə toxunaraq, “Franklin Templeton” ilə tərəfdaşlığınstrateji əhəmiyyətini qeyd etdi və bu istiqamətdə əlaqələrin dahada genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunubildirdi.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsisedilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrınaolan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton”şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalarvə digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış birsıra biznes qurumları daxildir.

Chosen
3
49
az.trend.az

9Sources