Türkiyənin İstanbul şəhərində son 48 saat ərzində 23 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Məlumata görə, 66 nəfər saxta spirtli içkidən zəhərlənib.
Onlardan 23-nün həyatını xilas etmək mümkün olmayıb.
Valilikdən verilən açıqlamada İstanbulda saxta spirtli içkilərdən istifadə nəticəsində zəhərlənmə hallarında ciddi artım olduğu bildirilib.
Şəbnəm Mehdizadə