EN

Rusiya mətbuatında təyyarə qəzası ilə bağlı yayılan iddialara Qazaxıstandan CAVAB

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün işlər davam edir
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"ları Braziliyadan Astanaya gətirilib. Dünən Rusiya mediasında AZAL təyyarəsinin deşifrə edilmiş “qara qutu”ları ilə bağlı rəsmi məlumatlara əsaslanmayan versiyalar yayılıb.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.

Bizim.Media

Chosen
3
1
bizim.media

2Sources