EN

ABŞ-da hərbi həkim xəstələrə qarşı cinsi təcavüzdə günahkar bilinib

ABŞ ordusunun həkimi 13 ildən çox həbs cəzasına məhkum edilib. O, Vaşinqton ştatındakı hərbi bazada 41 xəstəyə cinsi təcavüzdə təqsirli bilinib.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyi ABŞ-ın Stars and Stripes nəşrinə istinadən məlumat yayıb.

“Hərbi həkim Maykl Stokin Vaşinqtondakı Lewis-McChord birləşdirilmiş bazada tibbi yardım göstərmək adı altında 41 xəstəyə cinsi təcavüz etdiyi üçün 164 ay həbs cəzasına məhkum edilib”, -  Amerika nəşri yazıb.

Həkimi 250 ildən çox həbs cəzası gözləyirdi. Lakin müstəntiqlərlə sövdələşməsi və günahını etiraf etməsi onun cəzasının azaldılmasına kömək edib.

Buna baxmayaraq, Stokin ordudan tərxis olunacaq, gələcəkdə bütün ödəniş və güzəştlərdən məhrum olacaq. Eyni zamanda, təcavüzkar kimi qeydiyyata alınacaq.

Nəşrin məlumatına görə, hərbi hüquqşünaslar qeyd ediblər ki, bu hadisə ABŞ Silahlı Qüvvələrinin tarixində məlum olan ən böyük məşhur cinsi təcavüz hadisəsidir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
3
herbiand.az

1Sources