Texniki nasaz avtomobilin yolda qalması prospektdə sıxlığa səbəb oldu.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində nasaz nəqliyyat vasitəsi yolda qalıb. Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.