EN

Gürcü deputatlar Əbu-Dabidəki təcridxanaya göndərilib? - Səfirlikdən açıqlama

Gürcüstan parlamentinin hakim Gürcü Arzusu Partiyasından olan deputatları İrakli Zarkua və Viktor Sanikidzenin Əbu-Dabidəki istintaq təcridxanasında bir ay qalacaqları barədə məlumat həqiqətə uyğun deyil...

 

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın BƏƏ-dəki səfirliyi məlumat yayıb.

Müxalifət telekanalı "Mtavari Arxi" bildirib ki, deputatlar Zarkua və Sanikidze Əbu-Dabidəki otelin restoranında Gürcüstan müxalifətinin tərəfdarı Laşa Qabitaşvili ilə davaya görə bir ay istintaq təcridxanasında qalacaqlar. Deputatların saxlanması ilə bağlı bir müddət əvvəl digər müxalifət telekanalı "TV Pirveli" məlumat yayıb.

"Gürcüstan səfirliyi bildirir ki, yuxarıdakı məlumat həqiqətə uyğun deyil. Deyə bilərik ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır və təbii ki, insidentdə iştirak edən şəxslər də var", deyə səfirlikdən bildiriblər.

Yanvarın 13-də baş verən davadan sonra deputatlar İrakli Zarkua və Viktor Sanikidze baş verənləri şərh edən video yayımlayıblar. Onların fikrincə, baş verən hadisə qürurlanacaq bir şey olmasa da, rəqibin bu cür davranışını cavabsız qoya bilməyiblər.

Poliqon.info

 

Chosen
7
poliqon.info

1Sources