EN

Doğum gününü Daşkənddə qeyd edən YEGANƏ: “Rəqəmlər önəmsizdir, əsas ruhun yaşıdır” – FOTOLAR

“Nəfəs almaq belə mənə Allahın ən gözəl hədiyyəsidir”.

Bu sözləri Yenicag.az-açıqlamasında tanınmış aparıcı Yeganə Cansail doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Dubayda yaşayan Yeganə doğum gününü Daşkənddə keçirəcək:

“Ad günümü hər il Dubayda keçirirdim, axırda buraya yaşamağa köçdüm. Amma bu il işlə bağlı Daşkəndə səfər etmişəm, ad günümü də işdə qeyd edəcəyəm”.

O, sevdiklərindən aldığı hədiyyələrin onun üçün qiymətsiz olduğunu bildirib:

“Sevdiklərimdən aldığım hər hədiyyə sevdiyimdir. Bu yaşa qədər ən bahalı hədiyyədən tutmuş ən ucuzuna qədər almışam. Məsələ, hədiyyənin qiymətində deyil, əslində”.

Sənətçi deyir ki, rəqəmlər onun üçün heç bir önəm daşımır:

“Bunu yaşın artdıqca anlayırsan. Rəqəmlərin önəmi yoxdur, ruhun hansı yaşdadır, önəmli olan odur. Bütün yaşlarımı sevirəm. Hər biri mənə dərs, təcrübə, xoşbəxtlik gətirib. Nəfəs almaq belə Allahın ən gözəl hədiyyəsidir mənə. Bunun fərqinə vardığın an yaşamaq da gözəlləşir. Hədiyyələrin sayı da artır”.

Cəvahir

Chosen
3
yenicag.az

1Sources