EN

Ağadadaş Ağayevin mülki iddiasına xitam verildi

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.Aktual.az Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.

Notariusda barışıq əldə olunub. Tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.

Daha sonra məhkəmə müşvarə edərək qərar qəbul edib.

Qərara əsasən, iddiadan imtina edildiyi üçün icraata xitam verilib.

Məhkəmə prosesində Ağadadaş Ağayev iştirak etməyib. Qarşı tərəfdən isə "MedEra Hospital”ın nümayəndəsi Sənan Şirinov iştirak edib.

Qeyd edək ki, Ağadadaş Ağayev "Medera Hospital”a qarşı 450 min manat məbləğində mülki iddia qaldırıb. O, hospitalda baş verən insident nəticəsində şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun zədələndiyini iddia edib.

Xatırladaq ki, hadisə iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Chosen
4
45
ulusum.az

10Sources