EN

TDT-nın Baş katibi: "Gömrük sahəsində biznes üçün daha çox çeviklik təmin edilməlidir"

Gömrük sahəsində həll etməyə çalışdığımız məsələlər Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin biznesi üçün daha çox çeviklik təmin etmək məqsədi daşıyır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançibek Omuraliyev bildirib.

"Gömrük sahəsində həll etməyə çalışdığımız məsələlər TDT-ya üzv ölkələrin biznesinə və insanlara daha çox çeviklik təmin etmək məqsədi daşıyır. Bizim bir neçə davam edən layihəmiz var. Əvvəllər Türk Dövlətləri Təşkilatı ilə birlikdə e-TIR, e-CMR kimi təşəbbüslər üzərində işləmişik. Biz təkcə üzv dövlətlərlə deyil, həm də BMT İqtisadi Əməkdaşlıq və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik.

Bakıda keçirilən Gömrük Administrasiyaları Rəhbərlərinin X İclası çərçivəsində biz bu məsələləri müzakirə edirik və ümid edirəm ki, görüşün sonunda bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün həll yolu tapacağıq", - o vurğulayıb.

Chosen
1
1
report.az

2Sources