EN

Şeybanidən SON DƏQİQƏ Türkiyə açıqlamaları - 14 ildir davam edir...

Türkiyədə səfərdə olan Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani “TRT Haber”ə müsahibə verib.

Musavat.com Türkiyə mətbuatına istinadla Şeybaninin açıqlamalarından diqqət çəkən məqamları təqdim edir:

“Cənab Ərdoğan, türk xalqı bəşəri dəyərlərin, xalqların iradəsinin yanında oldu. Çünki xalqlar yalnız azadlıq və şərəf istəyirdi. Haqqı müdafiə edənlər heç vaxt uduzmaz. Bu münasibətə görə Türkiyə 2011-ci ildən bizim tarixi irsimizə çevrilib. Bu irs gələcək nəsillərə də öz təsirini göstərəcək.

Biz bilirik ki, Türkiyə bəzi çətinliklərlə üzləşib. Ancaq Suriyada baş verənlər və Suriyanın azad edilməsi hər iki xalqın xeyrinə olacaq.

Türkiyə xarici işlər naziri cənab Hakan Fidan bizi qardaşcasına qarşıladı. Təbii ki, Türkiyənin mövqeyi 14 ildir davam edir. Bildiyiniz kimi, Əsəd dövründə əlaqələr kəsilmişdi. Biz qonşu dövlətlərlə yaxşı münasibətlər qurmaq istəyirik. Bu, bizim regionda mövqelərimizi daha da gücləndirəcək. Türk xalqına çox təşəkkür edirik. Çünki onlar uzun illər xalqımızı qəbul edib, qonaq edib. Hər şeyə rəğmən, iki ölkə arasında münasibətlər çox dərindir. Artıq yeni səhifə açılıb. Biz bundan sonra bir xalq olaraq düşünəcəyik.

Hər bir suriyalının üzündə təbəssüm olduğunu görürük. Məsuliyyətimiz artıb. Suriya xalqı 50 zülmə məruz qalıb. Ona görə də bizim üzərimizə böyük vəzifələr düşür. Suriyalıları daha yaxşı vəziyyətə gətirmək üçün çalışacağıq.

Ölkəmizi Suriya xalqının istəklərinə uyğun olaraq yenidən quracağıq. 50 ildən artıqdır ki, Suriya xalqından heç vaxt soruşulmayıb ki, hansı dövlət və ya hökumət istəyirlər. Milli dialoq çərçivəsində bütün suriyalılar bir araya gələrək tələblərini bildirəcəklər. Biz Suriya xalqının əsas tərəfdaş olmasını istəyirik”.

Musavat.com

Chosen
2
1
musavat.com

2Sources