EN

İstanbulda 10 Özbəkistan vətəndaşı öldü – ŞOK SƏBƏB

İstanbulda saxta spirtli içki qəbul edərək dünyasını dəyişən Özbəkistan vətəndaşlarının sayı 10-a yüksəlib.

News24.az xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.

“İstanbulda daha 4 Özbəkistan vətəndaşı saxta spirtli içkidən zəhərlənərək ölüb”, - məlumatda deyilir. Bir gün əvvəl diplomatik nümayəndəlik İstanbulda 5 kişi və bir qadının saxta spirtli içkidən öldüyünü bildirib.

Baş Konsulluğun məlumatına görə, ümumilikdə İstanbulda əksəriyyəti əcnəbi olmaqla onlarla insan saxta spirtdən zəhərlənib.

Həmçinin bildirilib ki, İstanbulda saxta spirtli içkilərin istehsalı və yayılması ilə məşğul olan iki Türkmənistan vətəndaşı həbs edilib, onlara qarşı cinayət işi açılıb, polis araşdırma aparır.

Aynurə

Chosen
3
news24.az

1Sources