EN

Rusiya ordusu Ukraynanın ən böyük yeraltı qaz anbarını partlatdı – “Heç bir təxribat cavabsız qalmayacaq”

Rusiya Müdafiə Nazirliyi yanvarın 15-də səhər saatlarında Ukraynanın ən böyük yeraltı qaz anbarı olan Bilçe-Voliçko-Uherske yeraltı anbarına zərbə endirdiyini təsdiqləyib. 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, anbar Lvov vilayətinin Starıy şəhərində yerləşir. 

Hərbi idarə iddia edir ki, qrup zərbəsi yüksək dəqiqlikli silahlarla həyata keçirilib və anbar uğurla vurulan hədəflərdən biri olub. Müdafiə Nazirliyi bildirib ki, zərbə Ukraynadan Rusiya ərazisinin dərinliklərinə uzunmənzilli ATACMS raketləri və “Fırtına kölgəsi” qanadlı raketləri ilə vurulan zərbələrə, eləcə də Krasnodar diyarındakı “Russkaya” kompressor stansiyasına edilən hücuma cavabdır. Müdafiə Nazirliyi həmçinin Ukraynanı “Kiyev rejiminin hər hansı təxribatının cavabsız qalmayacağı” ilə hədələyib. 

ElcanMissiya.Az

Chosen
6
missiya.az

1Sources