EN

Azərbaycanın ən çox mal ixrac və idxal etdiyi ölkələr - SİYAHI

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasınınhüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları iləticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixracolunub, 167 ölkədən idxal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumatverirlib.

Qeyd olunub ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakingömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xamneft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərəalınmaqla 2024-cü ilin yanvar-noyabr aylarında ölkənin xariciticarət dövriyyəsi 42813,7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 24042,0 milyon dollarını və ya 56,2faizini ölkədən ixrac olunmuş məhsulların, 18771,7 milyon dollarını(43,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə5270,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarətdövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1faiz, o cümlədən ixrac 5,4 faiz azalmış, idxal isə 0,6 faizartıb.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında qeyrineft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil edib və2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə1,9 faiz artıb, real ifadədə isə 11,0 faiz azalıb.

Bildirilib ki, Dövlət Gömrük Komitəsindən daxil olmuşməlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faiziİtaliya, 13,0 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,9 faizi Çin, 3,5faizi ABŞ, 3,3 faizi Almaniya, 2,8 faizi Avstraliya, 2,4 faiziÇexiya, 2,2 faizi Hindistan, 2,0 faizi Xorvatiya, 1,8 faizi İsrail,1,7 faizi Gürcüstan, hər biri 1,5 faiz olmaqla Bolqarıstan,Portuqaliya və Birləşmiş Krallıq, 1,4 faizi İran, 1,3 faiziYunanıstan, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarus, hər biri1,0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Ukrayna, 12,9 faizi isədigər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payınadüşüb.

İxracın 40,4 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,5faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,6 faizini Xorvatiyaya,hər biri 3,0 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faiziniAlmaniyaya, 2,6 faizini Portuqaliyaya, hər biri 2,5 faiz olmaqlaBolqarıstan və Gürcüstana, 2,1 faizini Yunanıstana, 1,7 faiziniRumıniyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 1,0faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqlaİndoneziya, Serbiya, İspaniya və Ukraynaya, 5,6 faizini isə digərölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,2 faiz), İsveçrəyə (6,3faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,4faiz), Türkmənistana (2,4 faiz), Omana (2,1 faiz), Birləşmiş ƏrəbƏmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana(1,2 faiz), Rumıniyaya (1,1 faiz) göndərilmiş malların payıüstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,0 faizi Çin,17,6 faizi Rusiya, 11,2 faizi Türkiyə, 7,3 faizi ABŞ, 6,4 faiziAvstraliya, 4,0 faizi Almaniya, 3,0 faizi İran, 2,5 faizi İtaliya,2,2 faizi Belarus, 2,0 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,6 faiziQazaxıstan, 1,5 faizi Türkmənistan, 1,4 faizi Ukrayna, 1,3 faiziBirləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqlaFransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,9 faizolmaqla Braziliya və Kanada, 11,9 faizi isə digər ölkələr iləaparılmış idxal əməliyyatlarının payına düşüb.

2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü iləmüqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 1,9 faiz,şəkər – 62,3 faiz, tütün – 3,1 dəfə, meyvə və tərəvəz konservləri –14,3 faiz, bitki yağları – 72,1 faiz, marqarin, qida üçün yararlıdigər qarışıqlar – 63,0 faiz, çay – 4,5 faiz, pambıq lifi – 81,7faiz, mineral gübrələr – 68,6 faiz, pambıq ipliyi – 0,8 faiz,bentonit gili – 34,3 faiz artmış, təzə meyvə ixracı isə 2,0 faiz,kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 6,9 faiz, təbiiüzüm şərabları və üzüm suslosu – 41,9 faiz, polipropilen – 24,0faiz, polietilen – 18,3 faiz, elektrik enerjisi – 55,5 faiz, emalolunmamış alüminium – 16,6 faiz, sement klinkerləri – 2,3 faiz,qara metallardan çubuqlar – 4,1 faiz, qara metallardan borular –8,9 faiz azalıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilinyanvar-noyabr aylarında buğda idxalı 2,0 faiz, təzə meyvə – 23,6faiz, kərə yağı, digər süd yağları və pastaları – 77,0 faiz, bitkiyağları – 15,3 faiz, xam şəkər – 4,2 faiz, unlu qənnadı məmulatları– 11,0 faiz, şokolad və şokolad məhsulları – 10,7 faiz, çay – 3,3faiz, quş əti və onun əlavə məhsulları – 39,6 faiz, mal əti – 55,3faiz, təzə tərəvəz – 58,4 faiz, hesablama maşınları, blok vəqurğuları – 23,4 faiz, yük avtomobilləri – 18,3 faiz, mebellər –40,5 faiz, sintetik yuyucu vasitələr – 9,3 faiz, qara metallardançubuqlar – 66,4 faiz, məişət kondisionerləri – 44,1 faiz, mineralgübrələr – 18,7 faiz, avtobuslar – 3,3 dəfə, paltaryuyan maşınlar –2,1 faiz, polipropilen – 22,8 faiz, sement – 0,3 faiz artmış,kartof idxalı isə 19,9 faiz, siqaretlər – 75,3 faiz, minikavtomobilləri – 9,1 faiz, dərman vasitələri – 25,8 faiz, poladprokatı – 6,5 faiz, qara metallardan borular – 10,3 faiz, rezinşinlər – 5,8 faiz, polietilen – 12,9 faiz, qara metallardankünclüklər – 13,0 faiz, məişət soyuducuları – 4,2 faiz azalıb.

Chosen
13
5
az.trend.az

6Sources