Böyük Britaniyanın Baş naziri Keyr Starmer Ukraynanın paytaxtına səfər edib.
Bu barədə AP agentliyi məlumat yayıb.
Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə, elm, energetika və ticarət kimi sahələri əhatə edən və "tarixi saziş" adlandırılan "100 illik tərəfdaşlıq" müqaviləsi imzalayacaqlar.