EN

Ağadadaş Ağayev daha bir barışıq sazişi imzaladı- yarım milyonluq iddia geri çəkildi

 

Bu gün, Binəqədi rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına baxılıb.

Musavat.com xəbər verir ki,  hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, tərəflərin barışıq əldə ediblər. Tərəflər bir-birinə qarşı olan mülki iddialardan imtina haqda barışıq sazişini məhkəməyə təqdim ediblər. Məhkəmə barışıq sazişini nəzərə alaraq icraata xitam verib.

Qeyd edək ki, 2024-cü il iyulun 22-də Binəqədi rayonu ərazisində yerləşən “MedEra”ya hospitalının yerləşdiyi binanın mühafizəçisi Nurəddin Cəlilova balta ilə hücum edib. Mühafizəçini 3 dəfə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev sonuncu dəfə ona balta atıb. Bundan sonra Nurəddin Cəlilov

Ağadadaş Ağayevi yerə yıxıb,  xəsarət yetirib. Bu insidentə görə hər iki şəxs cinayət işi başlanıb. Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

 Bundan sonra Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Xalq artisti mənəvi ziyana görə klinikadan 450 min manat, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.

Hazırda qeyd olunan insidentlər üzrə başlanmış cinayət işlərinə də Binəqədi rayon məhkəməsində baxılır.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Chosen
1
1
musavat.com

2Sources