EN

Türkiyə və Suriya arasında əlaqələr çox dərindir - Əsəd Həsən Şeybani

Bakı, TurkicWorld

Suriyanın Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ölkəsinin xarici siyasəti və Türkiyə-Suriya münasibətləri barədə öz fikirlərini bölüşüb.

TurkicWorld xəbər verir ki, Türkiyə mediasına açıqlama verən Əsəd Həsən Şeybani, Prezident Rəcəb Tayyib Ərdoğan ilə apardığı görüşü və prezidentin Suriya siyasətini dəyərləndirib.

"Türkiyə 2011-ci ildən bəri çətin vəziyyətdə olsa da, bu tarixi mövqeyin gələcəkdə ölkəyə müsbət təsir göstərəcəyini və həm Türkiyənin, həm də Suriyanın gələcəyi üçün xeyirli olacağını düşünürəm," – deyə Şeybani bildirib.

Şeybani, Fidan ilə olan görüşünü də müsbət qiymətləndirib və qeyd edib ki, Türkiyə ilə Suriya arasında diplomatik əlaqələrin yenidən başlanması, bölgədəki mövqeləri gücləndirəcək və siyasi əlaqələri daha da inkişaf etdirəcək.

Şeybani, sosial mediada yayımlanan Türkiyənin Suriyalıları heç vaxt tərk etmədiyinə dair paylaşıma diqqət çəkərək, "Türk xalqına uzun illər boyunca bizim xalqımızı qəbul etdiyi və çətinliklərə dözdüyü üçün təşəkkür edirəm. Türkiyə və Suriya arasında əlaqələr çox dərindir və heç bir şey bu əlaqələri poza bilməz," – deyə vurğulayıb.

Suriya xalqının gələcəyinə dair fikirlərini açıqlayan Şeybani, Suriya xalqının 50 ildən çoxdur ki, zülmə məruz qaldığını və bu vəziyyətin dəyişməsi üçün böyük məsuliyyət daşıdıqlarını bildirib.

Şeybani son olaraq qeyd edib ki, növbəti dövrdə atılması gözlənilən addımlar, konstitusiyanın hazırlanması və seçkilərin keçirilməsison dərəcə vacib məsələlərdir. O, bildirib ki, 50 ildən artıq bir müddət ərzində Suriya xalqından heç bir zaman onların hansı dövlət və idarə forması istədiyi soruşulmayıb. Bu dəfə isə milli dialoq çərçivəsində bütün suriyalılar bir araya gələcək və onların istəkləri əsasında yeni bir konstitusiya hazırlanacaq.

Chosen
4
1
turkic.world

2Sources