EN

Rəsmi Bakıdan Qəzza ilə bağlı razılaşmaya REAKSİYA - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.

"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, yanvarın 15-də İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsə dair razılaşma əldə olunub.


Bizim.Media

Chosen
2
10
bizim.media

10Sources