EN

“The Wall Street Journal”dan sülh sazişi ilə bağlı açıqlama

Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarının 2025-ci ildə imzalanma ehtimalı yüksək hesab olunur. Tribunainfo.az xəbər verir ki, təkcə region ölkələri deyil, uzaq ölkələrdə də bununla bağlı ümid var.

Bildirək ki, həm Bakı, həm də İrəvan sülh sazişinin böyük hissəsinin razılaşdırıldığını təsadiqləyib. Sazişə daxil olan məsələlərdən daha biri, Minsk Qrupunun ləğvi ilə bağlı müraciət məsələsi də həllini tapmaq üzrədir. Ermənistanın baş naziri Nikol Paşinyan artıq bunun anonsunu da verib.

ABŞ-da isə düşünürlər ki, Donald Tramp üçün yaxşı şans yaranıb. “The Wall Street Journal” nəşri bununla bağlı qeyd edib ki, yanvarın 20-dən etibarən səlahiyyətlərinin icrası üçün fəaliyyətə başlayacaq Donald Tramp üçün yaxşı şans yaranıb “Trampın Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün “qızıl fürsət” var”.

Chosen
3
tribunainfo.az

1Sources