EN

Bakıda soyğunçuluq cinayətinin ANBAAN GÖRÜNTÜLƏRİ

Paytaxtın Nizami rayonu ərazisində yanvarın 13-də saat 3 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova qarşı zor tətbiq edib 150 manatını alması barədə polisə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilmiş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: oxu.az

Chosen
2
14
oxu.az

10Sources