Harvard Universitetinin tədqiqatçıları beyin sağlamlığını qorumaq üçün lazım olan təbii qaz dərəcəsini açıqlayıblar.
“Cebheinfo.az” xəbər verir ki, müvafiq olaraq, 20 ilə 40 dərəcə arasında olan bir temperatur 65 yaş və yuxarı qrup üçün idealdır.
Belə ki, bu aralıq xaricində diqqətdə çətinlik çəkmə ehtimalı ikiqat artır. Evləri ideal temperatur aralığında olan yaşlı insanların evləri daha isti və ya soyuq olanlara nisbətən diqqət cəmləməkdə çətinlik çəkmə ehtimalının daha az olduğu müəyyən edilib. Soyuq evlər qan damarlarının daralmasına səbəb olur. Bu da beyinə qan axınını məhdudlaşdırır.
Daha isti evlər isə tərləmə, susuzluq və yuxusuzluq səbəbiylə demensiya riskini artırır. Qeyd edək ki, demensiya unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən demensiya müxtəlif xəstəliklər səbəbindən yarana bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom təsvir edir.