EN

İraqın iranpərəst silahlı qruplaşması İsrailə qarşı hücumları DAYANDIRDI

İraqın iranpərəst silahlı qruplaşması İsrailə qarşı hücumları dayandıracağını açıqlayıb. 

İnterpress.az xəbər verir ki, bu barədə qrupun baş katibi Əkrəm əl-Kaabi məlumat verib.

Husilərin ardınca İraqın iranpərəst silahlı qruplaşması Hizbullah əl-Nucaba da yəhudi dövləti ilə HƏMAS arasında razılaşmadan sonra İsrailə qarşı hücumları dayandıracağını açıqlayıb.

Hizbullah əl-Nucaba Suriya və İraqda xüsusilə fəal olan İraq şiə silahlı qruplaşmasıdır. 2013-cü ildə Suriyada Bəşər Əsədi dəstəkləmək üçün Əkrəm əl-Kaabi tərəfindən yaradılıb.

Qrupa İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods bölməsi nəzarət edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
2
interpress.az

1Sources