Almaniyanın “Borussiya” (Dortmund) klubu baş məşqçisi Nuri Şahinlə bağlı qərarını verib.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi uğursuz nəticələrə baxmayaraq, türkiyəli mütəxəssislə yoluna davam edəcək.
Məlumata görə, “Borussiya” yanvarın 17-də ölkə çempionatının XVIII turunda “Ayntraxt”la görüşdə məğlub olsa belə, N. Şahin postunda qalacaq.
Klub rəhbərliyi 37 yaşlı çalışdırıcının komandanı toparlayacağına inanır.
Qeyd edək ki, “Borussiya” Bundesliqada 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.