EN

Süni intellekt həyatımıza necə təsir edir?

Süni intellekt insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti hesab olunur.

Süni intellekti günümüzün texnologiya sistemlərindən fərqləndirən ən mühüm xüsusiyyət onun insan zəkasını təqlid edə bilməsidir. Onun bu gün həyatımıza təsirləri olduqca böyükdür və artıq əksər sahələrdə bu texnologiyadan istifadə olunur.  Bəzi müəssisələrdə hətta insanları robotlar əvəz edir. Maraqlıdır, süni intellektin həyatımızda əsas rolu nədən ibarətdir, bu texnologiya həyatımıza müsbət, yoxsa mənfi təsir edir?

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad  Mirəliyev qeyd edib ki, süni intellektin yaradılması zamanı bəşəriyyətin mütərəqqi inkişafı, texnologiyalara əlçatanlıq, o cümlədən insanların fəaliyyətlərini asanlaşdırmaq kimi məqsədlər nəzərdə tutulsa da, sonrdan biz gördük ki, müəyyən insanlar tərəfindən süni intellektin sağlam düşüncədən kənar məqsədlərlə istifadəsi aşkar olunur:

“Süni intellekt müasir dövrümüzdə tibdən tutmuş, maliyyə brijaları, investisiya platformalarına qədər istifadə olunur və həmin o sahələrdə uğurlu nəticələr göstərir. Eyni zamanda, biz görürük ki, süni intellekt əsaslı texnologiyalardan dələduzlar da aktiv şəkildə istifadə etməyə başlayıblar. Və öz qurbanlarını asan şəkildə torlarına salmaq üçün süni intellekt əsaslı alətlərdən geniş şəkildə istifadə edirlər. Həmçinin müasir dövrdə müəyyən tədqiqatlar aparılır, mütəxəssislər tərəfindən xəbərdarlıq edilir ki, süni intellektin sonrakı inkişafı insanlar üçün təhdid yarada bilər”.

Son aparılan tədqiqatlar onu deməyə əsas verir ki, süni intellekt bizim düşündüyümüz robot olsa belə özünə hər hansı bir təhdid olduğunu hiss etdikdə o fərqli davranış göstərir, müəyyən yanlış məlumatlarla qarşısındakını aldada bilir. Lakin buna rəğmən qeyd etməliyik ki, süni intellektin rolu həyatımızda hər ötən gün daha da güclənəcək.

Leyla SƏMƏNDƏR

1Sources