EN

Azərbaycan və Ermənistan generalları eyni toplantıda - FOTO

Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında görüşü keçirilir.

Modern.az-ın məlumatına görə, iclasda Azərbaycan və Ermənistan da təmsil olunur.

Azərbaycandan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Ermənistandan Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan iştirak edir.

Görüşdə cari qlobal və regional təhlükələr, çağırışlar barədə məlumatlılığın artırılması və onların təsirinin azaldılması üçün kollektiv həll yollarının axtarışı, iqlim dəyişikliyi, qeyri-sabitlik, yeni yaranan və pozucu texnologiyalar, hibrid və kiber təhdidlər dövründə kritik həyatı dəstəkləyən infrastrukturların dayanıqlılığı, həmçinin NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalarda tərəfdaş dövlətlərin iştirakı ilə bağlı məsələlər müzakirə olunur.

14106311410629

 

Chosen
3
modern.az

1Sources