EN

Macarıstan TDT-yə üzv ölkələrlə münasibətlərin qurulmasını prioritet sayır

Macarıstan üçün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə münasibətlərin qurulması prioritet məsələlərdən biridir.

“Report” xəbər verir ki, bunu Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Jujsa Ketskəş Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Macarıstan həm formal, həm də qeyri-formal zirvə görüşlərində fəal iştirak edir:

“Vergi və Gömrük Administrasiyası TDT ölkələrinin iqtisadiyyatına töhfə verməkdə davam edir. Hazırda əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Maneələrin aradan qaldırılması istiqamətində şərait formalaşır və nəticədə region ölkələri arasında prosedurlar sadələşdirilir. Biz TDT-yə üzv ölkələrlə ikitərəfli səviyyədə çox yaxşı münasibətlər qurmuşuq. Xüsusilə Azərbaycanla uzunmüddətli və qarşılıqlı faydalı əlaqələrimiz var. Bu münasibətlər bizim üçün çox önəmlidir və onları gələcəkdə daha da gücləndirməkdə maraqlıyıq”.

Chosen
3
report.az

1Sources