EN

Kanada ABŞ mallarına rüsum tətbiq edəcək

Donald Tramp bütün Kanada mallarına 25%-lik tarifləri təsdiqləsə, Kanada 105 milyard dollar dəyərində Amerika mallarına rüsum tətbiq edəcək. 

Olaylar.az xəbər veri ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Ottava ilk olaraq bu addımı atmayacaq və rüsumları yalnız Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq tətbiq edəcək. Kanada tərəfindən tərtib edilən malların siyahısı ilkindir və sonradan əlavələr oluna bilər.


Kanadanın xarici işlər naziri Melani Coli daha əvvəl bildirmişdi ki, Tramp 25%-lik tariflər tətbiq edəcəyi təqdirdə Ottava ABŞ-yə elektrik enerjisi və enerji resurslarının tədarükünü dayandırmağa hazırdır. Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-yə ixrac edir.

Kanada, Meksika və ABŞ bu dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişlə bağlıdır. Bununla belə, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
3
olaylar.az

5Sources