Tanınmış hind aktyor Saif Ali Xan Mumbayda hücuma məruz qalıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, naməlum şəxs səhər saatlarında qarət məqsədilə aktyorun evinə daxil olub.
Hadisə zamanı evdə aktyorun həyat yoldaşı, aktrisa Karina Kapur, onların 4 və 8 yaşlı iki övladı, eləcə də xadimə olub.
İnsident zamanı Saif Ali Xan 6 bıçaq zərbəsi alıb. Xəstəxanaya yerləşdirilən aktyorun vəziyyətinin yaxşı olduğu qeyd olunub.
Hadisəni törədən şəxs isə qaçıb, hazırda polis onu axtarır.
![](https://qafqazinfo.az/uploads/1737018562/aSAkHNX0NUjwkgk8DPiqr0Grh8ff7RZYTkxfwtXjoTP79E8MpDueTnZFbRZv0pDf-F6EYwXcxEsOyMv2i4dj_9Fg.jpg)
![](https://qafqazinfo.az/uploads/1737018562/scale_1200__1_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737018562/unnamed.jpg)
![](https://qafqazinfo.az/uploads/1737018562/scale_1200.jpg)
![](https://qafqazinfo.az/uploads/1737018562/1dc579f53482b20d101ea2b1c475c28f.jpg)