EN

Superliqanin ən məhsuldar oyunçusuna 10 milyonluq təklif

Karyerasını ''İstanbul BŞ''də davam etdirən və hazırda 13 qolla Türkiyə çempionatında bombardirlər yarışına başçılıq edən polşalı Kşiştof Pyontek ilə bağlı maraqlı transfer iddiası ortaya atılıb.

''Football-plus.az'' xəbər verir ki, Polşanın ''meczyki.pl'' saytının məlumatına görə təcrübəli futbolçu ABŞ-dan ciddi təklif alıb. Adı açıqlanmayan bir klubun ötən cümə günü Pyontekə illik 10 milyon avroluq təklif irəli sürdüyü məlum olub.

Bundan başqa Pyontekə ''böyük beşlik'' ölkələrinin bəzi klubları da maraq göstərir. 29 yaşlı futbolçuya sərfəli bir təklif gəldiyini başakşəhərlilərin baş məşqçisi Çağdaş Atan da ''Qalatasaray''a qarşı son matçın ardından təsdiqləmişdi.

Daha öncə ''Cenoa'', ''Milan'', ''Herta'', ''Fiorentina'' kimi klubların şərəfini qorumuş tanınmış futbolçu Türkiyədə 2023-ün yayından çıxış edir. Özü də ''İstanbul BŞ'' onu sərbəst futbolçu statusunda heyətinə qatmışdı.

Pyontek bu mövsüm 31 rəsmi oyunda 23 qol, 3 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyib. Onun başakşəhərlilərlə 2026-ya qədər müqaviləsi var.

ƏLİ

1Sources