Braziliya millisinin sabiq yarımmüdafiəçisi, 1994-cü il dünya çempionu Zinyo “Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo haqda danışıb.
Sportal.az xəbər verir ki, “Torcedorec”ə açıqlama verən Zinyo bunları deyib:
"Juninyo “Kruzeyro”ya getdikdən sonra Qabiqolun buraxdığı boşluğu doldurmalı, eyni zamanda hələ bərpa prosesində olan Pedronu da əvəz etməlidir. Ümid edirəm ki, hər şey düzələcək və Juninyo mərkəz hücumçusu kimi oynaya biləcək. Juninyo həmin mövqeyini ələ ala bilərsə, əla transfer olardı. Amma biz hələ onun necə adaptasiya olacağına baxmalıyıq".
57 yaşlı veteran futbolçu hazırda şərhçi kimi çalışır. O, karyerası ərzində “Flamenqo”, “Palmeyras”, “Qremio”, “Kruzeyro” klubları ilə yanaşı Braziliya yığmasında 57 matç keçirib və 7 qol vurub.
saytlarin hazirlanmasi