EN

Məktəbli yoldaşını döyən şagirdin şikayəti yəmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə məktəbliyə xəsarət yetirməkdə təqsirləndirilən Cavid Cəlilovun (ad-soyad şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qərar elan olunub.

Qərara əsasən, şikayət təmin olunmayıb.

İttihama görə, 2007-ci il təvəllüdlü C.Cəlilov birlikdə oxuduğu Bakı şəhəri Səbail rayonu 51 saylı tam orta məktəbdə R.Məmmədovun digər şagirdlərin onunla zarafat etməsinə gülərkən, sonuncunun buna irad bildirməsini özü üçün qəbul edilməz hal hesab edib, heç bir əsaslı səbəb olmadan cəzalandırmaq məqsədilə görüşə dəvət edib. O, zərərçəkmiş şəxslə görüşərkən məktəbdə ona irad bildirməsini bəhanə edib xuliqanlıq niyyəti ilə qəsdən yumruğu R.Məmmədovun sifət nahiyəsinə zərbə vurub sonuncunun alt çənənin sol tac çıxıntısının yerini dəyişməyən qapalı sınığı və çənə nahiyyəsinin sol yarısında yumuşaq toxumularının əzilməsi ilə nəticələnən xəsarət yetirib. Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Cəlilov Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilətəqsirli bilinərək ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Şəbnəm Mehdizadə
Chosen
5
e-huquq.az

1Sources