Həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətləri rəqəmsallaşdırılacaq.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.
Konsepsiyaya əsasən, Aidiyyəti qurumlar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2025–2027-ci illərdə həyat hadisəsi əsaslı dövlət xidmətlərinin mütəmadi olaraq təhlili və prioritet üzrə rəqəmsallaşdırılmasını təmin etməlidir. Bunun üçün həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətləri müəyyən ediləcək.