EN

Gənc oğlan yeniyetmə rus qızını gecə maşınla apardı: "Bildim yaşı azdı, amma..." – Şok

Rusiya Federasiyasında 1995-ci il təvəllüdlü Qusar rayon sakini Anar həmin ölkənin vətəndaşı – Allaya (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Anar 2021-ci ildə gecə saat 00:10-dan 03:30-dək olan müddətdə sərxoş vəziyyətdə Primorsk diyarı, Partizanskiy Bələdiyyə rayonu, Novaya Sila kəndində Naxodka şəhər sakini Alla ilə cinsi əlaqədə olmaq qərarına gəlib.

O, zorakılıq hərəkətləri ilə Allanı yerə yıxıb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Sonra isə onunla zorla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci ildə ləğv edilmiş 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham elan edilib.

Anar bu zorlama əməlini 2021-ci ildə törətdiyi üçün ona Cinayət Məcəlləsinin 2022-ciil tarixədək qüvvədə olan maddə üzrə ittiham verilib.

Cinayəti törəildən zaman Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi qüvvədə olub.

“İnzibati qaydada məsuliyyətə cəlb edilmişəm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2017-ci ilin sentyabr ayında işləmək üçün Rusiya Federasiyasına gedib, Primorsk diyarının Novaya Sila kəndində bibisi oğlu Aydına məxsus evdə onun ailə üzvləri ilə birlikdə yaşayıb: “Rusiyada bibim oğlu Aydına məxsus Novaya Sila kəndində yerləşən fermada işləmişəm. Müvəqqəti qeydiyyata düşmüşəm, yaşamaq üçün icazə vəsiqəsi almışam. Fermada inəklərə baxmışam, həmçinin əkin işlərini də görmüşəm.

Fermada konteyner vardı, günün çox hissəsini orada keçirmişəm. Gecələr orada spirtli içkilər içmişəm. Kənddə özümün mopedim də vardı. Bundan başqa, bibim oğlu Aydının “İsuzu Elf’ markalı yük avtomobilini də idarə etmişəm. Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiyim üçün dəfələrlə inzibati qaydada cərimə edilərək məsuliyyətə cəlb edilmişəm”.

“Dalaşmamışdıq, intim münasibətdə olmamışdıq, içki içmişdik...”

Anarın sözlərinə görə, Rusiya vətəndaşı Alla ilə 2018-ci ildə Novaya Sila kəndində ərzaq mağazasında tanış olub, həmin vaxtlarda onun 18 yaşı yoxmuş: “Alla kənddə anası ilə birlikdə yaşayır, orta məktəbdə oxuyurdu. Sonradan isə təhsilini davam etdirmək üçün Naxodka şəhərinə köçdü. Onunla aramızda dostluq münasibətləri vardı. Narazılıq, dava-dalaş eləməmişik, heç vaxt bir-birimizə qarşı sevgi münasibətlərimiz də olmamışdı.

Baş vermiş məlum hadisəyə qədər hər hansı intim münasibət saxlamışdıq. Tanış olduqdan sonra tez-tez görüşərək birlikdə vaxt keçirmişik, spirtli içki qəbul edərək əylənmişik. Görüşdüyümüz vaxtlarda tanışlarım – Rusiya vətəndaşları İvan, Viktor, Boris də yanımızda olublar”.

“Hamımız sərxoş olduq”

Anar qeyd edib ki, 2021-ci ildə saat təxminən 22 radələrində Novaya Sila kəndində olarkən Viktor onun mobil telefonuna zəng edib və köhnə klubun yanına spirtli içki içməyə çağırıb: “Mobedlə ora getdim. Gördüm, Viktor klubun girişində Alla ilə dayanaraq pivə içirlər. Mən də onlara qoşuldum, pivə içməyə başladım.

Bibim nəvəsi Əmir mopedlə oradan keçərkən bizi gördü, yanımızda dayandı. Daha sonra İvan və Boris də ora gəldilər. Birlikdə ayaqüstü pivə içdik. İçkini özümüz almışıq. Qohumum Əmir isə içməkdən imtina elədi.

Hava soyuq olduğundan təklif etdim ki, işlədiyim fermaya gedək, konteynerdə əyləşərək içməyə davam edək. Onlar da razılaşdılar. Mopedlə klubdan təxminən 3 kilometr məsafədə, Novaya Sila kəndinin girişində yerləşən konteynerə getdim. Alla, Viktor, Boris və İvan isə ora piyada gəldilər. Əmir də öz mopedi ilə ora gəldi. Birlikdə mənim qaldığım konteynerdə əyləşdik, pivə içməyə davam etdik. Mən təxminən litryarım pivə içdim. Əmirdən başqa hamımız sərxoş olduq”.

“İntim münasibətə girmək istəmədiyini başa düşdüm”

Anarın sözlərinə görə, gecə saatlarında Allaya birlikdə gəzməyi təklif edib: “Lakin əvvəlcə ona cinsi əlaqədə olmaq niyyətimi bəlli etmədim. Alla mənimlə gəzintiyə çıxmağa razılaşdı. Mopedinin təkəri boş olduğundan bibim oğlu Aydının yük avtomobili ilə gəzmək qərarına gəldim. Alla ilə konteynerdən çıxdıq və piyada Aydıngilin həyətinin qarşısına getdik. Həyətdə onun yük avtomobilini işə saldım və yola çıxdım. Alla da mənim yanımda, sərnişin oturacağında əyləşdi.

Söhbət edə-edə avtomobili asta sürətlə idarə etməyə başladım. Avtomobili əvvəlcə konteynerin qarşısına, daha sonra torpaq yolla fermaya tərəf elektrik dirəkləri olan əraziyə sürdüm ki, orada heç kim yoxdur, sakitlikdir, Alla ilə rahat cinsi əlaqədə ola bilim.

Allaya siqaret çəkmək üçün avtomobildən düşməyimizi dedim. Birlikdə yük avtomobilindən düşdük, siqaret çəkməyə başladıq. Məhz həmin an ətrafda heç kimin olmamasından istifadə edərək Alla ilə cinsi əlaqəyə girmək istədim. Onu qucaqlayaraq dodaqlarından öpməyə başladım. Alla bu hərəkətimə görə narazı şəkildə nə etdiyimi soruşdu. Onun mənimlə intim münasibətə girmək istəmədiyini başa düşsəm də, buna əhəmiyyət vermədim, arxa tərəfdən onu qucaqladım, özümə tərəf çəkərək bir az kənara apardım.

Alla əlimdən çıxmaq üçün müqavimət göstərdi, əl-qol atdı. Lakin ehtirasım güclü olduğundan, cinsi tələbatımı ödəmək istədiyimə görə ona fikir vermədim. Həm də çox içkiliydim”.

“Gözüm döndü, nə yolla olur-olsun...”

Təqsirləndirilən şəxs qeyd edib ki, Allanı yoldan kənarlaşdırdıqdan sonra otluq ərazidə kürəyi üstə yerə yıxıb: “Müqavimət göstərsə də zorla onun əynindəki şalvarı çıxarmağa başladım. Təbii yolla cinsi əlaqədə olmaq istəsəm də, Alla imkan vermədi, ayaqlarını sıxdı, məni itələdi. Ona görə əvvəlcə cinli əlaqədə ola bilmədim. Bu səbəbdən əsəbiləşdim, onun müqavimətini qırmaq üçün əllərimlə budlarından tutaraq sıxdım, ayaqlarını araladım.

Sağ əlimlə onun sifətinin soluna şillə vurdum, sinəsindən, çiynindən tutaraq sıxdım. Bu zaman gözüm döndü, nə yolla olur-olsun cinsi əlaqədə olmaq istədim. Qışqırmaq istəsə də, əlimlə ağzını tutaraq saxladım. Əllərimlə bədəninin müxtəlif yerlərinə zərbələr endirdim, onunla cinsi əlaqədə olmağa başladım.

Alla məni özündən uzaqlaşdırmaq istəsə də, zorla müqavimətini qırdım, onunla təbii yolla cinsi əlaqədə olmağa davam etdim. İçkili olduğumdan cinsi aktı başa çatdıra bilmədim. Zor tətbiq edə-edə onunla təxminən 10 dəqiqədən artıq müddətə cinsi əlaqədə oldum.

Sonra isə ayağa qalxaraq ondan uzaqlaşaraq paltarlarımı düzəltdim. Alla da ayağa qalxaraq əynini geyindi. Yük avtomobilinə əyləşdim, oradan çıxaraq konteynerə tərəf getdim. Allanın zorladığım üçün o da acıqlı şəkildə piyada gəlməyə başladı. Konteynerə çatdıqda artıq saat təxminən 3-4 radələri olardı. Yoldaşlarımız da orada idi.

Konteynerdəki çarpayıda uzanaraq yatdıq. Bundan sonra Alla konteynerə gəldi, mənim ayağımdan təpik vurdu. Məni yuxudan oyadaraq niyə onu zorladığımı dedi. Onunla mübahisə etməyə başladıq. Viktor bizi ayırmağa çalışdı. Daha sonra isə Alla konteynerdən çıxdı.

Hamı çıxıb gedəndən sonra uzanaraq yatdım. Bundan sonra polis əməkdaşları gələrək məni şöbəyə apardılar. Məndən izahat alındı, əynimdə olan göy rəngli cins şalvar, göy rəngli alt paltarı, həmçinin intim yerimdən nümunə, eləcə də tüpürcək nümunələri götürüldü. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığıma görə inzibati məsuliyyətə cəlb edilərək cərimə edildim”.

Anar ifadəsində göstərib ki, məsuliyyətə cəlb edilməkdən qorxub və Rusiyadan qaçaraq Azərbaycana gəlib: “Sonradan məlum oldu ki, Rusiyada barəmdə federal axtarış elan edilib. Törətdiyim hərəkətdən peşmançılıq hissi keçirdim, təqsirimi boynuma aldım, məsuliyyətini dərk etdim, səhv iş tutmuşam.

Alla ilə zorla yalnız təbii yolla cinsi əlaqədə olmuşam, heç vaxt onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Əvvəlki vaxtlarda intim münasibətlərimiz olmayıb. Cinsi əlaqədə olarkən Allanın 18 yaşına çatmamış şəxs olduğunu bilmişəm”.

“Anarla aramız yaxşıydı”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Allanın sözlərinə görə, 2021-ci ildə rəfiqəsi və ümumi tanışları ilə birlikdə Primorsk diyarına Novaya Sila kəndinə gədiblər: “Kənddə kluba gələndə mərkəzi girişdə oturaraq pivə içməyə başladıq. Kluba daha əvvəldən tanış olduğumuz Anar və onun yetkinlik yaşına çatmayan qohumu Əmir mopeddə gəldilər. Birlikdə spirtli içki, pivə içməyə başladıq.

Anar kəndinin girişində yerləşən konteynerinə gedərək orada spirtli içki içməyi təklif etdi. Hamımız təkliflə razılaşdıq. Əvvəllər də Anarın konteynerində qonaq olmuşduq, aramız yaxşıydı, heç vaxt mübahisə etməmişdik.

Əvvəllər Anarla heç vaxt cinsi münasibətim olmayıb. Saat təxminən 23:00-da birlikdə Anarın konteynerinə getdik, orada pivə içdik”.

“Məni zorladı”

Zərərçəkmiş qeyd edib ki, gecəyarısı saat 1 radələrində Anar ona yük maşınında gəzməyi təklif edib, darıxdığı üçün razılaşıb: “Anarla onun həyətində mikroyük maşınının dayandığı evə getdik. Anar yük maşınının sükanı arxasında, mən isə onun yanında sərnişin oturacağında oturdum.

Anar torpaq yolla Novaya Sila kəndinin fermasının da olduğu futbol meydançasına tərəf getdi. Daha sonra konteynerin yanına sürdü. Biz konteynerə çatanda oradan çıxan Viktor bizi gördü. Anar yük maşınını konteynerin yanında dayandırdıqdan sonra mənə Novaya Sila kəndindəki ferma tərəfə getməyi təklif etdi. Mən də onunla razılaşdım.

Anar yük maşınını aşağı sürətlə sürürdü. Mənə siqaret çəkməyi təklif etdi, yük maşınını saxladı, kabinədən düşərək yolun kənarında dayanaraq siqaret çəkdik. Siqaretdən sonra Anar mənə yaxınlaşdı, məni öpməyə, belimdən qucaqlayaraq özünə tərəf çəkməyə başladı. Onu kənara itələməyə başladım. “Nə edirsən, axmaq?” deyə bildirdim.

Anar“kəs səsini, gedək, gedək” deyərək arxamdan məni qucaqladı. Qaçmaq istəsəm də, Anar məni möhkəm tutduğu üçün bacarmadım. O məni vurmağa çalışsa da, möhkəm vura bilmədi.

Anarın məni sürəyərək apardığı yer kollu, yarğanlı yox, yaşıl, quru otla örtülü, düz yer idi. Məni yerə yıxdıqda kürəyim üstə düşdüm. Dərhal cins şalvarımı aşağı çəkməyə başladı. Məni soyundurdu. Ona müqavimət göstərməyə çalışdım, mümkün olmadı”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Anar 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov
Chosen
3
1
teleqraf.com

2Sources