EN

Dövlət idarəetməsinin rəqəmsallaşdırılmasının prioritetləri açıqlanıb

Bakı. Trend:

Dövlət idarəetməsinin rəqəmsallaşdırılmasının prioritetləriaçıqlanıb.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsalİnkişaf Konsepsiyası”nda əksini tapıb.

Belə ki, “Rəqəmsal hökumət”ə keçid və ictimai xidmətlərininkişafı Dövlət idarəetməsində rəqəmsal inkişaf həm dövlətxidmətlərinin göstərilməsi (G2C, G2B), həm də dövlət idarəetməsisteminin (G2G, G2E) fəaliyyətinin təmin edilməsi üçün proseslərinhərtərəfli şəkildə qurumlararası rəqəmsallaşdırılmasını vəinteqrasiya edilmiş təşkilati-texniki infrastrukturun yaradılmasınıtəmin edir.

Bu cür infrastruktur məlumatlarının toplanılması, təhlili və sonistifadəçilər, həmçinin digər informasiya sistemləri ilə qarşılıqlıəlaqəsi standart interfeyslərə əsaslanmalıdır. Dövlətidarəetməsində rəqəmsal inkişaf dedikdə, ilk növbədə, “elektronhökumət”dən (eGov) növbəti inkişaf mərhələsi olan “rəqəmsalhökumət”ə (GovTech) keçid başa düşülür.

“Rəqəmsal hökumət”də vətəndaş, dövlət və biznes arasındaqarşılıqlı əlaqə dəyişir, xidmətlər şəffaflaşır, dövlət pərakəndəxidmətlərin təqdim edilməsindən vahid “verilənlər hovuzu” vəonlarla iş alqoritmlərinə əsaslanan çevik idarəçiliyə keçid edir.Keçid aşağıdakı aparıcı prinsiplərə əsasən aparılır:

xidmət və proses yanaşması: məlumat əsaslı (data-driven)qərarların qəbulu məqsədilə informasiya təhlükəsizliyi tələblərinəcavab verən rəqəmsal platformaların formalaşdırılması, proseslərdəaddım saylarının təhlili, onların azaldılması vəavtomatlaşdırılması;

məlumatyönümlülük və obyektivlik: məlumatların mütəmaditoplanılması, “Əşyaların interneti”, “süni intellekt”texnologiyaları vasitəsilə qurumlar üzrə proseslərə vəfəaliyyətlərə nəzarətin həyata keçirilməsi, cari qərar qəbuletməhüququnun informasiya sistemləri üzərindən reallaşdırılması;

çeviklik və sürət: arzuolunan nəticənin əldə edilməsi üçüntədbirlərin sürətli həyata keçirilməsi və çatışmazlıqların operativqaydada aradan qaldırılması.

“Rəqəmsal hökumət”də nəzərə alınmalı olan ən mühüm amil, ilknövbədə, proses iştirakçılarının tələb və ehtiyaclarınınöyrənilməsidir.

Burada üç tərəf: vətəndaş, biznes və dövlət arasında tarazlıqtələb olunur. Bu baxımdan dövlət idarəçiliyinin təkmilləşdirilməsi,vətəndaşların və özəl sektorun göstərilən xidmətlərdən maksimumməmnunluq “rəqəmsal hökumət”də ən yaxşı keyfiyyət göstəriciləridir.Bu göstəriciləri əldə etmək məqsədilə məlumatlara əsaslanan çevik,informasiya təhlükəsizliyi üzrə tələblərə cavab verən,dəyişikliklərə uyğunlaşan texnoloji idarəetmə sistemininyaradılması rəqəmsal xidmətlərin istehlakçıları ilə qarşılıqlıəlaqə və gündəlik proseslərin optimallaşdırılması vacibdir.

Rəqəmsal keçidin təmini üçün məlumat mərkəzli, rəqəmsalxidmətlərə və proseslərə əsaslanan, eləcə də biznes dairəsininiştirakçılığını nəzərə alan aşağıdakı vəzifələrlə dövlət idarəetməsisteminin rəqəmsal texnologiyalar vasitəsilə təkmilləşdirilməsizəruridir:

sənədlərdən verilənlərə doğru: məlumatların toplanılması,saxlanılması, işlənilməsi, arxivləşdirilməsi və məlumatlarındüzgünlüyü üçün məsuliyyətin müəyyən edilməsi üçün qaydalarınformalaşdırılması, etibarlı məlumatların elektron sənədlərüzərindən tanınması, kağızla iş axınından tamamilə imtina edilməsi,kargüzarlığın və elektron xidmətlərin rəqəmsallaşdırılması;

vahid tənzimləmə qaydalarına əsaslanan hər hansı bir saxlanılanməlumatdan və funksionallıqdan maneəsiz istifadəyə imkan verənvahid platformaya keçidin təmin edilməsi;

“Böyükhəcmli məlumatlar”ın analitik təhlilləri, maşınla öyrənmə,“süni intellekt”, “zəncir-bloklar”, “əşyaların interneti” və“bulud” hesablama texnologiyalarının tətbiqi ilə elektronxidmətlərdən rəqəmsal xidmətlərə keçid edilməsi, informasiyatəhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi,insan amilinin minimuma endirilməsi və avtomatik qərarlarınetibarlı şəkildə verilməsi;  birdən çox qurumlara göstəriləbiləcək xidmətlərin “Hökumət buludu”nda bir platforma (PaaS) və yatətbiqi proqram (SaaS) modelində göstərilməsi, İKT infrastrukturunavə proqram təminatına kapital qoyuluşunun və onların istismarxərclərinin optimallaşdırılması;

real vaxt rejimində daxil olan və mötəbər məlumatlara əsaslananqərarların qəbul edilməsi;

“ağıllı mobil cihaz”lardan istifadə etməklə vətəndaşların vəbiznes müəssisələrinin hökumətlə qarşılıqlı əlaqə imkanlarınıngenişləndirilməsi, xidmətlərdə lazımi rahatlığın, səyyarlığın vəsürətin təmin edilməsi;

inzibati icraatın həyata keçirilməsi zamanı verilən elektronarayışların tanınması üçün e-imzalama mexanizminin yaradılması;

açıq məlumatların formalaşdırılması, arxivləşdirilməsi vəstandartlara uyğunluğunun təmin edilməsi;

milli məkan məlumatları infrastrukturunun yaradılması və inkişafetdirilməsi;

“dövlət-özəl sektor tərəfdaşlığı” (PPP) modeli də daxil olmaqla,istifadəçilər üçün tətbiqlər və xidmətlərin yaradılmasında özəlsektorun iştirakının və “açıq məlumatlar”dan istifadənin təminedilməsi;

xidmətlərdən istifadə məmnunluğu ilə bağlı rəylərintoplanılması, rəyvermə prosesinin sürətləndirilməsi, alınan rəylərəsasında proseslərin davamlı təkmilləşdirilməsi;

dövlətin İKT infrastrukturunun (o cümlədən onun vəseqmentlərinin daxilində və perimetrləri boyunca) vahid standartlıinformasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyinintəmin edilməsi.

Belə arxitekturalarda qərarvermə prosesində insan faktoruminimuma enir, hesabatların (statistik, vergi və digər) verilməsiprosesi avtomatlaşır, müasir texnologiyalar əsasında obyektivqərarların verilməsinə əsaslanan dövlət idarəetmə sistemindəxidmətin rəqəmsal formatda çatdırılması və real vəziyyətin təhlilitəmin edilir.

Strateji, taktiki və operativ qərarların analitik təhlillər və“süni intellekt” əsasında qəbulu keyfiyyət baxımından prosesləridəyişən və inkişaf etdirən, sürətli, sistemli, etibarlı məlumatlaraçıxış verən kompleks alqoritmlərə əsaslanır.

Chosen
1
1
az.trend.az

2Sources