EN

Qapıçı sinəsi ilə dəf etdiyi penalti zərbəsindən öldü

Braziliyanın Amazonas ştatının həvəskar komandasında çıxış edən qapıçı Edson Lopes Qama məşq vaxtı penaltini sinəsi ilə qaytardıqdan sonra ölüb.

"Teleqraf.com" "20minutos" nəşrinə istinadən xəbər verir ki, top 16 yaşlı oyunçunun sinə və diafraqmasının arasına dəyib. Buna görə qapıçı şiddətli ağrılarla yerə sərilib. Təcili yardım çağırılıb və o, 11 saatlıq məsafədə olan xəstəxanaya aparılıb. Lakin həkimlər Qamaya kömək edə bilməyiblər.

Yeniyetmə qapıçının indiyədək ürək probleminin olmadığı da bildirilir.


Müəllif: Teleqraf.com
Chosen
6
teleqraf.com

1Sources