EN

Məktəbdə planlaşdırılan terror aktının QARŞISI ALINDI

16 yaşlı məktəblinin törətməyi planlaşdırdığı hücumun qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Tacikistandan olan məktəbli Moskva vilayətinin Reutov şəhərindəki məktəbdə terror aktı törətməyi planlaşdırırmış.

O, bu məqsədlə üç bıçaq alıb və “Kolumbien” terror qruplaşmasına qoşulub.

Məktəblinin planlarını “kompüter texnologiyasının köməyi ilə” ifşa etmək mümkün olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
3
interpress.az

1Sources