EN

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub.

“İki sahil” xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Ş.Mustafayevə “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

Ş.Mustafayev barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq olunub.

Chosen
3
4
ikisahil.az

5Sources