"Sumqayıt" komandasının baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlama verib.
Offsideplus.az həmin açıqlamanı təqdim edir: "Bütün uşaqları təbrik edirəm. Meydanda olan hamı möhtəşəm oynadı. Əsl komanda oyunu sərgilədik. Yeni oyun qurucumuzun gəlişi işimizə yaradı. Saadettin Donat da az fol etməklə öz işinin öhdəsindən məharətlə gəldi. Müdafiədə əla idi. 41 xal toplayan Zayon Yanq da əla snayper olduğunu bir daha sübut etdi. Amma digərləri də məhsuldar oynadı. Ümid edirəm, ardıcıl qələbələrlə turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracağıq".