EN

Rusiya İstintaq Komitəsinin AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlaması

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.

Mövzuyla bağlı açıqlamada hadisə ilə bağlı istintaqın davam etdiyi, Azərbaycan və Qazaxıstanın müvafiq qurumları ilə qarşılıqlı fəaliyyətin də eləcə, təyyarənin qara qutularından əldə edilən məlumatların Braziliyanın Təyyarə Qəzalarının Təhqiqat və Qarşısının Alınması Mərkəzində (SENIPA) tədqiq edildiyi bildirilib.

"Hazırda hava hərəkətinə nəzarət xidmətləri, hava hərəkətinin idarə edilməsi sistemi və hava hücumundan müdafiə sistemi rəsmilərinin hərəkətlərinin qiymətləndirilməsi üçün hərtərəfli texniki məhkəmə-tibbi araşdırma aparılır. Bütün mümkün səbəblər öyrənilir", - açıqlamada deyilib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb və AZAL təyyarəsinin vurulduğu “Rusiya hava məkanında baş vermiş faciəvi insident”ə görə üzr istəyib.



Chosen
2
trt.net.tr

1Sources